Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Kəklikotu yağı öskürəyə təsirlidir

Kəklikotu yağı öskürəyə təsirlidir Məlumata görə kəklikotu yağı üst tənəffüs yollarında yaranan öskürək, boğaz iltihablanması, astma, bronxit kimi xəstəliklərə təsirlidir.
Yeməklərdə istifadə edilən kəklikotu iştaha, həzmi asanlaşdırmağa kömək edir.
Dəri yaralarına və revmatizim kimi xəstəliklərə kömək edir. Qan dövranını nizamlayır.
Onu da qeyd etmək lazımdır ki, kəklikotu və onun yağı böyrək və bağırsaqlarda yaranan mikroblara, bağırsaq qurdları və bağırsaq iltihablarına qarşı təsirlidir.
Bəzi məlumatlarda bildirilir ki, bu müalicəvi bitki bədəni qüvvətləndirməyə kömək edir.
Bədəndə olan yağların parçalanmasına xeyirlidir. Sidik və qaz qovucu xüsusiyyətləri ilə bəzilərindən fərqlənir.
Həmçinin, infarkt, stress və yuxusuzluq problemi olanlara məsləhət görülən müalicəvi bitkilərdən biridir.
1635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber