Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

“İran Cenevrə razılaşmasına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”

Ketrin Eşton: “İran Cenevrə razılaşmasına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”

“Artıq İran Cenevrə razılaşmasına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Onun sözlərinə görə, İranla nüvə məsələsinin birdəfəlik həlli məqsədilə yekun razılaşmaya nail olmağın yolları axtarılır: “Rəsmi Tehran müvəqqəti razılaşmada vəd verdiyi hər şeyə əməl edib”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının qaralama mətninin hazırlanması məqsədilə mayın 14-16-da BMT-nin Vyanadakı qərargahında keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Bundan əvvəl mayın 13-də M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələcəklər.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP