Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Etirazçılar zirehli gödəkçələri ələ keçiriblər

Donetsk vilayətinin Krasnoarmeysk şəhərində silahlı şəxslər milis şöbəsinə hücum edərək zirehli gödəkçələri aparıblar

Donetsk vilayətinin Krasnoarmeysk şəhərində silahlı şəxslər milis şöbəsinə basqın edərək zirehli gödəkçələri aparıblar. “RBK”nın verdiyi xəbərə görə, bu barədə Donetsk vilayət administrasiyasının mətbuat xidmətindən bildirilib.

“Mayın 8-də Krasnoarmeysk 20-dək silahlı şəxs Şəhər Daxili İşlər İdarəsinə daxil olaraq milis rəisi ilə görüşməyə çalışıblar. Lakin milis rəisi hazırda şəhər hüdudlarından kənardadır. Silahlı şəxslər binanı tərk edərkən silah tapmadıqlarından zirehli gödəkçələri özləri ilə aparıblar”, deyə məlumatda bildirilir.

Bundan başqa, separatçılar Ukraynanın bütövlüyünü dəstəkləyən Severski texniki-peşə məktəbinin direktorunun evinə soxularaq onu girov götürüblər. Hazırda onun sərbəst buraxıldığı bildirilir./apa/
1216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber