Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Milyonçu sosial yardımı necə alır

Məhəmməd Talıblı: «Bu eyni zamanda zəngin insanın dövlətlə öz arasında gərgin psixoloji və ideoloji münasibətlərin olmasının göstəricisidir»

Nazirlik yayılan məlumatın yanlış olduğunu bildirir

Moskvanın Şeremetyevo aeroportunda 3,3 milyon ABŞ dolları oğurlanan Azərbaycan vətəndaşı haqqında məlumat vermişdik. Məlumatda bildirilir ki, pulu oğurlanan şəxs 1972-ci il təvəllüdlü Abdinli Əli Zeynal oğludur. APA-nın Moskva müxbirinə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Əli Abdinli özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3,3 milyon dolları aparıblar.

“Azadlıq” Əli Abdinli ilə bağlı araşdırma aparıb. Araşdırmalar zamanı ünvanlı sosial yardım alanların siyahısında Abdinli Əli Zeynal oğlu adlı şəxsin olduğu üzə çıxıb. Bu şəxs Nərimanov rayonu Ş.Mustafayev küçəsi ev 27-də qeydiyyatdadır. Məlum olur ki, Moskvada 3.3 milyon dollar pulu oğurlanan Abdinli Əli Zeynal oğlu ilə adı, soyadı və atasının adı üst-üstə düşən bu şəxsə 01.11.2013-cü il tarixdə ünvanlı sosial yardım verilməsinə başlanıb. O, 31.10.2014-cü il tarixə qədər hər ay 142 manat ünvanlı sosial yardım alacaq.

Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, bu vətəndaşın dövlətə acıq verməsidir: “Ünvanlı Sosial Yardım(ÜSY)ın alınmasında əvvəllər çoxlu sayda sənədlərin çoxluğu ilə seçilirdi. Bir çox hallarda belə sənədlərin düzəldilməsindən yorulan ÜSY almaq imkanı olan şəxslər bunu almaqdan imtina edirdi. Bunun əvəzində isə əli-ayağı və işi olan şəxslər isə DSMF-də olan məsul şəxslərlə dil taparaq belə bir imtiyaza yiyələnirdilər. Özü də bu o qədər az miqdarda olan vəsaitdir ki, buna görə belə addımın atılmasında başa düşmək çətin olur. Sizin dediyiniz misal timsalında isə bu ümumiyyətlə gülünc səslənir. Bir neçə milyonluq imkanı olan şəxs eyni zamanda ÜSY-da almağı özünə rəva bilir. Məncə bu vətəndaşın dövlətə acıq verməsidir. Yəni, mənim imkanlarımın bu qədər yaxşı olmasına baxmayaraq səndən də nəsə çəkmək iddiasından vaz keçə bilmirəm. Bu eyni zamanda zəngin insanın dövlətlə öz arasında gərgin psixoloji və ideoloji münasibətlərin olmasının göstəricisidir”

Baş verənlərlə bağlı ƏƏSMN -nin də mövqeyini öyrəndik. Nazirliyin məsul şəxsi qəzetimizə açıqlamasında bildirdi ki, yazılanlar tam əsassızdır və sadəcə olaraq adlar uyğun gəlir: “Biz mətbuatda yazı dərc olunduqdan sonra araşdırma apardıq və adı çəkilən ünvanda olduq. Məlum oldu ki, bu ailə uzun müddət ÜSY almaq üçün müraciət edib. Ailə başçısı fasilələrlə fəhləlik edən şəxsdi. Birdə ki, milyonçunun ÜSY alması inandırıcı deyil. Yeni nazir gələndən bu sahədə şəffaflığın yaranması istiqamətində iş gedir. Ona görə də yazılanlar reallığı əks etdirmir və uyğun olan yalnız adamların adlarıdı”./azadlıq/
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber