Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Geci-tezi var!

Pərviz Həşimlinin atasından idarə rəisinə çətin sullar
CÜMƏ, 09 MAY 2014 10:00
Font Ölçüsü
Kamran Həşimov Baş Prokurorluğun səlahiyyətli şəxsinə ünvanladığı müraciətdə nələr yazdı?

MTN-nin şərləyərək həbsə atdığı jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov Baş Prokuorluğun Milli Təhlükəsizlik, Fövqalədə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyevə müraciət edib. Kamran Həşimov müraciətin bir surətini də “Azadlıq”a göndərib. Müraciəti bəzi ixtisarlarla təqdim edirik:

“Hörmətli Rasim Hacıyev cənabları! Sizə müraciət edən MTN tərəfindən silah qaçaqmalçılığında ittiham olunaraq həbs olunan jurnalist Həşimov Pərviz Kamran oğlunun atasıdır. Rasim müəllim, işləriniz həddən artıq çox olsa da, yəqin ki, mənim sizinlə görüşümü xatırlayarsınız. Mən sizə 16-17 sual ünvanlamışdım. Sualları sizin qarşınızda oxudum, cavablandırmağınızı xahiş etdim. Sizinlə söhbətimizdə MTN ilə Baş Prokurorluq arasında olan əlaqədən və MTN-nin işinə ümumilikdə Baş Prokurorluğun tam qarışa bilməməsindən danışdınız.

Mənə bildirdiniz ki, müraciətimi MTN-nin müstəntiqi Elşən Murtuzova göndərəcəksiniz. Dediniz ki, müəllim, qoy müstəntiq sizin suallara cavab versin! Mən də razılaşdım. Elşən Murtuzov mənim suallarımı oxuduqdan sonra istintaq prosesində yaranmış boşluqları doldurub. Belə ki, mən soruşurdum ki, nə üçün Pərvizin evinə basqın edən zaman MTN-nin əməkdaşları (əgər onları əməkdaş adlandırmaq mümkündürsə) evə məxsus olan görüntü kameralarını səmaya tuşlatdılar. Gedəndə də kameranın yaddaşını özləri ilə apardılar. Məhkəmə prosesində vəkillərin kameranın yaddaş kartının məhkəməyə gətirilməsi tələbini hörmətli hakim Novruz Kərimov təmin etmədi. Çünki kameranın yaddaşı açıqlansa MTN əməkdaşlarının hansı şəraitdə məhəlləyə daxil olmaları, kameraların istiqamətinin necə yönləndirildiyi aşkara çıxar.

Ikinci sualım bundan ibarət idi ki, nə üçün MTN əməkdaşları Pərvizə şərait yaratmadılar ki, o, silahları Təvəkkül Qurbanovdan qəbul etsin və tam sahibi olsun! Bunu onların etməsinə nə mane olurdu? Bu sualımı oxuyan müstəntiq Elşən Murtuzov cinayət işinin materiallarında göstərir ki, Pərvizlə Təvəkkül ikinciyə məxsus olan “Wolsfagen Cadi” markalı maşında birlikdə olub. Hansı ki, Həşimov Pərviz Kamran oğlunu öz iş yerinin yaxınlığında 10-15 nəfər MTN-əməkdaşları vurub yerə sərərək qoluna qandal və başına torba keçirərək ağ rəngli CIP-ə basıb aparmışdılar. Bu hadisəni ətrafdakı bütün insanlar və Pərvizin iş yoldaşı görüb. Deyək ki, Elşən Murtuzovun yazdığı kimi Pərviz Təvəkkülə məxsus maşında olub. Yenə deyirəm nə tələsik iş var idi ki, əməkdaşlar Pərvizə imkan vermədilər ki, Pərviz ona gətirilmiş silahları qəbul etsin və maşından aralansın. Bu sual bu gün də öz aktuallığını özündə saxlayır.

Dördüncü sual: Təvəkkül Qurbanovla Iran vətəndaşı olan “Hüseynin” danışığının dinlənildiyi deyirlirsə, nə üçün Təvəkkülün arxasınca düşüb, Hüseynlə Təvəkkülü birlikdə alış-veriş zamanı həbs etmədilər? Ona görə Təvvəkkülün arxasınca getmədilər ki, nə Təvəkkül Biləsuvara gedib, nə də ki, Iran vətəndaşı Hüseyn olub!

Bundan başqa tələbim bundan ibarət idi ki, Təvəkkülün Biləsuvara giriş-çıxışını əks etdirən yol xəritəsini Bakı Dövlət Yol Polisindən çıxartdırıb işə əlavə etsinlər. Bunu da etmədilər. Hakim Novruz Kərimov bildirdi ki, sərhədin pozulması, Iran vətəndaşı olan “Hüseynin” axtarışı bu cinayət işindən ayrılıb və hal-hazırda istintaqdadır.

* * *

Hörmətli Rasim Hacıyev, Sizə ünvanladığım ərizə və müraciətlərimə verdiyiniz cavab şablon xarakterli olub həqiqətdən çox-çox uzaq, bayağı səslənən cümlələrdən ibarət söz yığımı idi.

Mən yenə də sizə müraciət edirəm və diqqətinizi MTN-nin yaydığı bəyanata, Iran vətəndaşı Hüseyinin ağ rəngli “Mercedes” maşınla görüş yerinə gəlməsinə və sonradan qeyb olmasına, sərhədimizin 17.09.2013-cü il tarixdə Biləsuvar rayonunun 14-cü kilometirliyində pozulmasını Dövlət Sərhəd Xidmətinin qəbul etməməsinə yönəldirəm.

MTN-nin ictimai əlaqələr mərkəzindən SIA-ya 20.09.2013-cü il tarixdə verilən məlumatda bildirirlir ki, MTN-ə daxil olan məlumatlar əsasında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində xeyli sayda odlu silah və döyüş sursatının Irandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Qeyd etmək istəyirəm ki, Təvəkkül Qurbanovun idarə etdiyi maşında silah aşkar edilmişdisə, demək qarşısı alınmayıb və sərhəd pozulub. MTN-nin yaydığı bəyanata diqqətlə fikir verin. Müəyyən edilib ki, Pərviz Həşimov və Təvəkkül Qurbanovla hazırda şəxsiyyətləri istintaqla araşdırılan Iranın Rza və Hüseyn adlı vətəndaşları qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhəddindən nəzarətdən kənar keçirərək Irandan Azərbaycana gətirmiş, qanunsuz olaraq daşımış, gəzdirmiş və saxlamışdır. Məlum olub ki, Pərviz Həşimov və Təvəkkül Qurbanovla Rza adlı Iran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədi ilə Iranda qanunsuz olaraq əldə edib. Iran vətəndaşı olan Rzanın tapşırığı ilə Hüseyn adlı digər Iran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü ildə sentyabrın 17-də qaçaq yolla Irandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 km aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib. Cənab Rasim müəllim, istintaqa nəzarət edən bir şəxs kimi bu ziddiyyətli bəyanatla istintaq materiallarında öz əksini tapmış ifadələrlə Təvəkkül Qurbanovun verdiyi ifadə arasındakı uyğunsuzluğu tuta bilirsizmi? Təvəkkül Qurbanov verdiyi ifadə də göstərir ki, Pərviz mənə Gəncə şəhərində 13000, sənədlərdə isə 15000 manat verdi ki, sənə zəng olacaq, mənə Irandan silah gətirəcəklər gedib götürərsən! Demək Pərvizə Irandan silah gətiriləcəyindən Təvəkkülün əvvəlcədən xəbəri olmayıb. Istintaq materiallarında isə göstərilir ki, Pərviz, Təvəkkül və Iran vətəndaşı Rza qabaqcadan əlbir olub! Xahiş edirəm bu ziddiyyəti izah edəsiniz. Əks halda demək Siz Azərbaycan qanunlarının Pərviz Həşimovun dediyi kimi MTN-də pozulmasına göz yumursunuz. Qanunların bilərəkdən pozulmasına gizlətmək dövlətə xəyanətdir!

* * *

Təvəkkül Qurbanovun ifadəsində göstərilir ki, Iran vətəndaşı Hüseyn Irana məxsus “MercedesG markalı maşınla gəlib. Sizdən xahiş edirəm ki, izah edəsiniz ki, Iran ”Mercedes"i Azərbaycanda necə peyda olub? Əgər maşın gömrük sərhəd xidmətindən keçibsə, deməli, Hüseyn də gömrük xidmətindən keçib. Belə olduğu halda sərhədin pozulması faktı yalandır. Çünki, 17.09.2013-cü il tarixdə Dövlət Sərhəd Xidməti Biləsuvarın 14 kilometrliyində sərhədin pozulmasını təsdiq etməyib və ortalıqda heç bir sənəd, protokol yoxdur. Gömrük sərhəd xidmətinin rəhbərliyi Irana məxsus olan “Mercedes”in gömrükdən keçməsini inkar etsə hansı aydınlığı gətirəcəksiz? Ola bilərmi ki, “Mercedes” sərhədi gömrük xidmətindən kənar keçsin?! Cənab Rasim müəllim, deyək ki, göstərdiyim halların hər ikisi mümkün olub. Amma MTN-nin yaydığı bəyənatda deyilir ki, MTN-ə daxil olan məlumat əsasında əməliyyat keçirilib. Nə üçün MTN əməkdaşlarından soruşmadınız ki, xəbəriniz ola-ola Təvəkküll iranlını bir yerdə yaxalamadınız? Istər MTN, istər gömrük xidməti, istərsə də sərhəd komandanlığı hadisədən sonra “Mercedes” markalı Iran maşınının və Iran vətəndaşının hara qeybə çəkildiyini və ya nə zaman, haradan Irana keçdiyinə aydınlıq gətirsinlər. Əks halda Baş Prokurorluğ və MTN Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev cənabları qarşısında jurnalistə böhtan atılmasına görə cavabdehlik daşıyır.

Sizdən bir xahişim var. Bəlkə Allah xatirinə, öz vicdanınızın səsinə qulaq asaraq hadisənin nəyə görə səhnələşdirilməsini öz rəhbəriniz Zakir Qaralov cənablarına aydınlığı ilə məruzə edəsiniz. Pərvizin məktəbyaşlı qızı anasına deyir ki, mən məktəbdə müəllimə, uşaqlara necə deyə biləcəm ki, atam tutulub?! Axı onlar bilmirlər ki, oğrular atamı oğurlayıb apardı!

Hər birimizin övladları, nəvəsi var. Elə etməyin ki, həyətdakı haqsızlığa göz yumduğunuza görə, insanların qarğışı, ah-naləsi onları tutsun. Onlar da bu körpələr kimi ah-nalə içərisində yaşasın. Allaha inanın! Heç bir şər- böhtan Allah-təla tərəfindən cavabsız qalmır. Geci-tezi var!"/azadlıq/
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21