Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı (Foto)

Broşurada Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağı nümayiş etdirilib

Fransanın irqçi Milli Cəbhə Partiyası (FN) bu ay keçriləcək Avropa Parlamenti seçkisi üçün hazırladığı broşurada Türkiyə ilə Tunisin bayraqlarını qarışdırıb. FN broşurada Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağını nümayiş etdirib.

Fransada nəşr olunan “Le Figaro” qəzeti isə bu səhvi öz facebook səhifəsində əməlli-başlı ələ salıb. Səhifə, özünü dünyanın ən tanınmış geosiyasi mütəxəssisi kimi tanıdan FN namizədi Emerik Şopradın (Aymeric Chauprade) əvəzinə adi bir sosial şəbəkə istifadəçisinin bu səhvi görərək xəbər verməsini vurğulayıb

Qeyd edək ki, səhvin bilinməsindən sonra broşuradakı Tunis bayrağı Türkiyə bayrağı ilə əvəzlənib.

Mayın 4-də “Atlantico” adlı xəbər saytına müsahibə verən Şoprad sabiq prezident Nikolas Sarkozi ilə rəsmi Brüsseli Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri yenidən başlatdığı üçün tənqid etmişdi./ans/
1249 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP