Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Ankara polis idarəsində “zəlzələ”

İdarədə bir çox şöbələrin əməkdaşları başqa yerlərə təyin olundu

Türkiyənin paytaxtı Ankara şəhər polis idarəsində 110 polis işçisinin vəzifə yerləri dəyişdirildi. Bu polislərin arasında şöbə rəisləri və polis komissarları var.

Ən böyük dəyişiklik isə terrorla mübarizə şöbəsində olub. Məlumata görə, şöbənin 66 nəfərlik bütün heyəti müxtəlif polis bölmələrinə təyin olunub.

Qeyd edək ki, 17 dekabr rüşvət və korrupsiya əməliyyatından sonra Ankara polis idarəsində milli təhlükəsizlik, terrorla mübarizə, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbələrində işləyən polis işçiləri başqa bölmələrə təyin olunublar./ans/
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25