Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Zakir Həsənov Üzeyir Cəfərova vəzifə verir

Ehtiyatda olan polkovnik-leytenantdan və Müdafiə Nazirliyindən yayılan xəbərə reaksiya gəldi
Müdafiə Nazirliyinin yüksək çinli rəhbər heyətinin iştirakı ilə keçirilən iclasda nazir Zakir Həsənovun təklifi toplantı iştirakçılarında şok effekti yaradıb. Bu barədə axar.az-ın yaydığı məlumata görə, bir neçə gün əvvəl Z.Həsənovun sədrliyi ilə keçirilən yığıncaqda Müdafiə Nazirliyindəki kadr islahatları və boş qalan yerlərə təqdimatlar məsələsi müzakirə edilib.

Xəbərdə deyilir ki, müzakirə predmetlərindən biri də “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsinə təqdimatla bağlı olub. “Azərbaycan Ordusu” qəzetinin fəaliyyətini və onun keçmiş baş redaktorlarının siyahısını nəzərdən keçirdikdən sonra nazirin təklif etdiyi şəxsin kimliyi təəccüblə qarşılanıb. Hətta bəziləri Z.Həsənovun onların mövqeyini öyrənmək üçün bu şəxsin namizədliyini irəli sürdüyünü düşünüblər. Ancaq nazir mövqeyində israrlı olduğunu və həmin jurnalistə onun təklifinin çatdırılmasını istəyib. İclasda şok yaradan amil isə bu namizədin Müdafiə Nazirliyi strukturu ilə bağlı daim tənqidi fikirləri ilə tanınan hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov olması olub.

Z.Həsənov müvafiq şəxslərə Üzeyir Cəfərovla danışmalarını və onun razılıq verəcəyi təqdirdə baş redaktor vəzifəsinə çağırılması barədə tapşırıq verib. Z.Həsənovun təklifi bir nazir müavini və idarə rəisi tərəfindən etirazla qarşılanıb. Onlar deyiblər ki, Ü.Cəfərov bu günə qədər Müdafiə Nazirliyinin əleyhinə danışıb və bundan sonra da mövqeyini dəyişməyəcək. Z.Həsənov isə arqumentləri əsassız hesab edərək deyib ki, zamanında ona qarşı lazımsız təzyiqlər edilib və günahkar tək Ü.Cəfərov deyil. Nazir tapşırıb ki, Ü.Cəfərovla əlaqə saxlanılsın və qəzetin rəhbərliyi ona tapşırılsın: “O, həm qəzeti normal səviyyəyə gətirər, həm də məsələ birdəfəlik həll olunar”. Qeyd edək ki, Ü.Cəfərov bir müddət əvvəl nazirlikdə ona vəzifə təklif edildiyini açıqlamışdı.

Ancaq yayılan son məlumatı Ü.Cəfərov gülüşlə qarşıladı: “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Belə bir məsələ haqqında mənimlə heç kim danışmayıb. Düşünürəm ki, bu informasiyanı məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar. Yəni sonradan deyəcəklər ki, kimdir ona vəzifə verən”.

Hərbi ekspert axar.az-a isə özünü hər zaman xidmətə hazır hesab etdiyini və belə bir qərar olarsa, ona hörmətlə yanaşacağını bildirib: “Lakin düşünürəm ki, bunu məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar. Mən yenə də deyirəm, həmin Üzeyirəm. Şükürlər olsun ki, Azərbaycan mətbuatı da bilir ki, mənim mövqeyim, amalım nədir. Mən heç vaxt vəzifə üçün müraciət etməmişəm və heç kimlə dava aparmamışam. Mən ilk azərbaycanlı hərbi jurnalistəm və bununla fəxr edirəm. Azərbaycanda ilk hərbi jurnalist diplomunun sahibiyəm. İndiyə qədər də kifayət qədər böyük vəzifələrdə çalışmışam. Kim nə yazır, nə deyir, söyləyə bilmərəm. Özümü hazırda xidmətə hazır bir şəxs kimi hesab edirəm. Əgər belə bir təklif olarsa, o qərara hörmətlə yanaşaram. Mən o qəzetin ilk baş redaktoru və yaradıcısı olmuşam. Bu məlumatın haradan qaynaqlandığını bilmirəm? Yenə də deyirəm, özümü xidmətə hazır hiss edirəm, amma onun hansı şəkildə olacağını Müdafiə Nazirliyinin rəhbərliyi həll edə bilər”.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən də münasibət soruşduq. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “belə bir xəbər yoxdur” deməklə kifayətləndi.
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10