Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Günün fotosu - "Bəs baş əymədin?"

Bu, ötən günün fotosudur. Şəkildə gördüyünüz oğlan gənc müxalifətçidir. O, Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarüstü abidəsinə baş əyir.

Bu oğlan hazırda həbsdədir. Neçə vaxtdır onu günahsız yerə həbsdə yatırdır, əfv etmirlər. Səhhətində problemlər var.

Həbsdə çıxıb gələndən sonra and içib, aman eləsə də, bu akt onun öz iradəsinin görüntüsü deyil. Onu baş əyməyə məcbur edirlər. Hökumət. Rəislər. Valideynlər.

Hakimiyyət bir gənc müxalifətçinin abidəyə baş əyməsini onun sınması, məğlub olması aktı sayır. Rəislər onun bu cür etməsilə ağır yükdən qurtulmuş olur - demək, bu gənc məhbusu azad edəcəklər, bunların da canı qurtaracaq. Valideynlər isə elə hesab edirlər ki, oğulları abidəyə baş əysə, tezliklə ona qovuşacaqlar.

Bu oğlanın nə düşündüyü kimsənin vecinə deyil. Bəlkə də o, baş əyərkən heç nə düşünmür - baş əydiyi heykəl heç nə düşünmədiyi kimi. Sanki iki daş heykəl üz-üzədir.

Onu qınayanlar olacaq. Əbəs yerə. Onu müdafiə edənlər də tapılacaq. Nahaq yerə.

Bu, birmənalı şəkildə qınanılması və müdafiə olunması mümkün olmayan bir Azərbaycan mənzərəsidir./musavat/

Günün fotosu -
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 21:41