Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

İran neft ixracatında diktə qəbul etmir

İran neft ixracatının miqdarı məsələsində heç bir qüvvənin diktəsini qəbul etmir- neft naziri

“Nüvə danışıqları çərçivəsində İranın neft ixracatının miqdarı barədə heç bir razılaşma yoxdur.”

SalamNews-un Fars agentliyinə istinadla veridiy xəbərə görə, bunu İranın neft naziri Bijən Zəngənə ölkədə keçirilən 19-cu beynəlxalq neft sərgisinin çərçivəsində deyib.

O bildirib ki, İran istədiyi qədər neft ixrac edəcək və bunu yalnız özü məhdudlaşdıra bilər. İranın neft naziri həmçinin gələn illərdə neft ixracının gündəlik 5 milyon 700 min barelə çatdırılacağını və bunun üçün neft sənayesinə daha 5o milyard yatırımın qoyulmasının vacib olduğunu deyib.

Xatırladaq ki, ABŞ nüvə danışıqları çərçivəsində İranın gündəlik olaraq maksimum bir milyon barel neft ixracatına icazə verilməsini tələb edib.
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber