Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Berluskoni qocalar evində işləməyə başladı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni qocalar evində ictimai işlərə başlayıb. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” yayıb.

“Berluskoni ciddi hazırlaşıb və Alsgeymer xəstəliyini öyrənib. O, yaxşı k.mək edəcək”, - keçmiş teleaparıcı, Berluskoni üçün fahişələrin təşkilində ittiham olunan Emilio Fede bildirib.

Sosial müəssisənin rəhbəri isə deyib ki, Berluskoniyə ictimai işlər müddətindən siyasi və təbliğat məqsədi üçün istifadə etməyə icazə verilməyəcək, ona da digər istənilən yardımçıya yanaşdığı kimi yanaşacaq.

Qeyd edək ki, vergi dələduzluğunda təqsirli bilinən Berluskoni Milan məhkəməsinin qərarı ilə bir il müddətinə ictimai işlərəcə cəlb edilib.
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...