Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

Moskvada Qızıl meydanda hərbi parad keçirilib - Foto

Moskvada Qızıl meydanda faşizm üzərində qələbənin 69-ci ildönümü münasibətilə hərbi parad keçirilib.

Hərbi paradda Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev və digər dövlət rəsmiləri iştirak ediblər.

Hərbi paradda 11 mindən çox hərbçi iştirak edib. Onlar arasında hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri olub.

Rusiya prezidentinin çıxışından sonra ”Tiqr” hərbi zirehli avtomobillər meydana daxil olub. Bunun ardınca meydandan tank diviziyaları, motoatıcı briqada, hərbi-hava qüvvələrinin desant qüvvələri, dəniz piyadaları briqadası, daxili qoşun hissələri, ali hərbi məktəblərin kursantları keçiblər. Sonda isə parada Rusiyanın nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb.

Paradda 151 ədəd döyüş texnikası - quru qoşunların T-90 tankları, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər” raketləri, “Smerç” qurğuları, “Buk” hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan S-400 «Triumf» və “Topol-M” zenit-raket sistemləri nümayiş olunub.

Paradın sonunda havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Bunlar arasında “Mi 28”, “Mi 8” helikopterləri, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, “Tu- 22m3”, “Tu-95”, “Su- 27” və “MiQ 29” qırıcı təyyarələri olub.

Daha sonra V.Putin İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb./apa/



1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı