Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

"LAZIM", harda qalmısan?

Azərbaycan Respublikasının məmur və deputatlarının prezidenti Ilham Əliyevə...

Ağdamdan məcburi köçkün, Ismayıllı rayonunda məskunlaşan Səhrad Əliyev yenidən “Azadlıq”a məktub yollayıb. Məcburi köçkün yenə də məmur özbaşınalığından, biganəliyindən şikayət edir.

“Azadlıq olmayan ölkənin ”Azadlıq" qəzeti vasitəsilə sizə bir daha müraciət edirəm. Keçirdiyiniz müşavirələri diqqətlə izlədim və mənə elə gəldi ki, artıq bütün qanunlar və sizin göstərişləriniz yerinə yetiriləcək, sizin məmurlara barmaq silkələməyiniz mənə Heydər Əliyevi xatırlatdı. O zaman o barmaq silkələyəndə məmurların əksəriyyəti şəkər xəstəliyinə tutulur və ya infarkt olurdu. Ancaq sizin barmaq silkələməyinizi bəzi məmurlar ciddi qəbul etmir. Sanki bu bir oyun qaydasıdır. Buna misal olaraq Ismayıllı və Ağdam rayon icra hakimiyyəti başçıları və müavinlərini göstərmək olar. Artıq 6 aydır bizi adı yeni olan qəsəbəyə köçürüblər. Burada çoxlu problemlər var, biz bu problemləri aidiyyəti üzrə Ismayıllı və Ağdam icra hakimiyyətlərinə çatdırsaq da, heç bir faydası olmur.

Belə ki, Ismayıllının icra başçısı Mirdamət Sadıqov və onun 1-ci müavini Rövşən Ağayev köçkünləri görən kimi deyir ki, gedin öz rayonunuzun başçısına müraciət edin. Məgər Ismayıllı Azərbaycan Respublikasının ərazisi deyil?

Bilirəm ki, hər rayonun çoxlu problemi var. Ancaq biz öz arzumuzla köçkün olmamışıq. Özümə köçkün deməyə xəcalət çəkirəm. Lazımın gəlməsini səbirsizliklə gözləyirik. Torpaqlarımızı azad edək və... Mirdamətlə Rövşən Ağayevin üzünü bir daha görməyək.

Keçək müavinin bizə məsləhət bildiyi rayona. Ağdama yeni təyin olunan icra başçısının gəlişinə sevindim ki, artıq bizim problemlərlə yerindəcə maraqlanacaqlar. Ancaq əfsuslar olsun ki, yanıldım. Icra aparatının qapısında qoçular, uzaqdan gəlməyimə baxmayaraq, məni içəri buraxmadılar, get, 2-ci gün gələrsən, dedilər. Başçının 1-ci müavini Zülfü Qasımova iki dəfə zəng etsəm də, nömrəmi tanıdığına görə cavab vermədi.

Icra başçıları dəyişsə də, nədənsə müavinlər dəyişmir, ancaq xalqı daha çox incidən bunlardır. Deyirəm, Ilham müəllim, bəlkə (bir az yavaşlayasan), bizi bu məmurlardan xilas edəsiniz".
1215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi