Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2014

“Mavi Mərmərə” sərnişinindən Türkiyəyə ittihamlar

2010-cu ilin may ayının sonlarında Türkiyədən Qəzzaya yola düşən humanitar yardım gəmisi "Mavi Mərmərə"nin sərnişinlərindən biri türk mediasına önəmli açıqlamalar verib.

"Mavi Mərmərə" sərnişini Türkiyə Baş nazir müavininin onlara təskinlik verdiyini, hər şeyin nəzarət altında olduğunu deyir. "Mavi Mərmərə" sərnişini olayların yaşandığı andan bu günə qədər davam edən proseslərlə bağlı danışır:

“Hökumətin bizə təskinlik verməsi məni daha çox narahat edir. Təəssüflər olsun ki, biz hadisələri İsrail mediasından izləyirik. “Mavi Mərmərə” gəmisinə minərkən nələr ola biləcəyi, nələrlə qarşılaşa biləcəyimiz bizə təlqin edilmişdi. Hər şeyi bilərək gəmiyə mindik. Orada yaşadıqlarımızdan ötəri peşmançılığımız, şikayətimiz yoxdur. Uşaqlarımıza miras buraxacağımız şərəfli tarix yazdıq. Yaşadıqlarımız bizi şoka saldı. İsrail bizə belə hörmətsizlik etməmişdi. Olaylar zamanı həlak olan qardaşlarımızın şəhid olmadığını bizə dedilər. Türkiyədəki rəsmi qurumlar və bürokratlar hətta bir neçəsi, bələdiyyə başçıları bizdən və “Mavi Mərmərə”dən uzaq durdular, bizimlə eyni kadrda fotoşəkil belə çəkdirmədilər. “Mavi Marmara”gəmisi geri dönərkən şəhid ailələrinin və bəzi sərnişinlərin gəmiyə minərək İstanbula qədər səyahət etmək barədə tələbimizə Nəqliyyat nazirimiz maneə törətdi. Bizləri saatlarla limanda gözlətdilər".

“Mavi Mərmərə” yolçusu həmçinin hadisələrin sonrakı gedişatı ilə bağlı da maraqlı məlumatlar verib:

“Hökumətin İsraillə apardığı gizli danışıqları belə İsrail mətbuatından əldə etdik. Ancaq bu hadisədən sonra ilk dəfə şəhid ailələri Xarici İşlər naziri tərəfindən qəbul edildi. Amma gəmidə yaralanan, həbs olunan yüzlərlə sərnişin var. “Mavi Mərmərə”yə sıradan hadisə kimi yanaşaraq oradakı yolçuları unutdurulmağa çalışırlar. Bu günə qədər ortalıqda görünmədik, heç kimdən bir tələbimiz olmadı. İlk dəfə İsraillə davam edən danışıqlar müddətində hökumətdən görüş tələb etdik. “Mavi Mərmərə" yolçuları olaraq müraciətimizə hələ də cavab verilməyib”./axar/
1389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın