Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan Ermənistanla bir qrupa düşüb

15-16 may 2014-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.

Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

Qeyd edək ki, Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı