Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Xarkovda referendumun keçirilməsindən imtina edildi

Mayın 11-də Ukraynanın Xarkov vilayətində referendum keçirilməyəcək.

“RBK-Ukrayna”nın verdiyi xəbərə görə, bunu “Cənub-Şərq” hərəkatının üzvü Yuri Apuxtin bəyan edib.

Onun sözlərinə görə, hərəkat Donetsk və Luqansk şəhərlərindəki federallaşma tərəfdarları ilə referendumun həyata keçirilməsini əlaqələndirməyib.

Qeyd edək ki, federasiya üsul-idarəsinə keçid, “Cənubi-Şərq muxtariyyəti”nin yaradılması və rus dilinə dövlət statusu verilməsi məsələləri referenduma çıxarılmalı idi.

Mayın 7-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa, Ukrayna hakimiyyətini cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa çağırıb.

Xatirladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər./apa/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber