Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Kiyevdə metro stansiyasını partlatmaq istədilər

Mayın 9-da axşam saatlarında Kiyevdə “Arsenal” metrostansiyasının çıxışı yaxınlığında partlayıcı maddə aşkar edilib. “Unian.net” xəbər verir ki, partlayıcı aşkarlanan kimi stansiyaya giriş bağlanıb.
Stansiyaya daxil olmaq istəyən bir nəfər kişinin kürəyindəki çanta tüstülənməyə və alışmağa başlayıb. Ətrafdakı insanlar tez milis çağırıblar. Həmin adam saxlanılıb və kürəyindəki çantadan əldə düzəldilmiş partlayıcı qurğu və mənşəyi məlum olmayan tezalışan maddə çıxıb.
Bəlli olub ki, həmin adam tək deyil, onunla birlikdə bir gənc oğlan da var. Onların hər ikisi saxlanılıb.
Saxlanılanlar partlayıcı qurğunu metrostansiyaya nə üçün aparmaq istədiklərinə aydınlıq gətirə bilməyiblər.
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...