Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

10 mayda gözlənilən hava şəraiti

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
1731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11