Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Ən-Nüsrə İŞİD-lə qarşılaşmağa hazırlaşır

Əl-Qaidəyə bağlı ən-Nüsrə cəbhəsi Deyr əz-Zur şəhərinin qərb tərəfində və Həsəkə şəhərinin cənub məntəqəsində İŞİD qruplaşması ilə silahlı mübarizəyə hazırlaşır.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, əl-Qaidəyə bağlı bu iki qruplaşmanın bir-birilə silahlı qarşıdurması Deyr əz-zur və Həsəkə yaxınlığında hazırda davam edir.
Bunun üçün ən-Nüsrə cəbhəsi özünün bütün üzvlərini İŞİD-lə mübarizə məqsədilə Deyr əz-Zur şəhərinin əs-Sur məntəqəsinə toplanmağa çağırmışdır.
Bu qarşıdurmaların məqsədi Suriyanın neft quyularına yiyələnmədir. Hazırda İŞİD daha çox neft quyusu ələ keçirmiş və ən-Nüsrənin nəzarətində olan quyuları da ələ keçirərək öz əhatə dairəsini genişləndirir. Bu isə ən-Nüsrə cəbhəsinin ürəyincə deyil. İndiyə qədər bu iki qruplaşmanın qarşılaşması nəticəsində yüzlərlə terrorçu bir-birlərini öldürmüşlər.
Qeyd edək ki, bir müddət əvvəl də əl-Qaidə lideri Əymən əz-Zəvahiri də İŞİD-dən narazılığını bildirmişdi.
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi