Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Moskva Vaşinqtonun Şərqi-Avropadakı addlmlarından narahatdır

ABŞ Rusiya qarşısında raketdən müdafiə sistemləri qurmağa hazır olduğunu bildirib.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, ABŞ XİN-nin sözçüsü Mari Haref bildirib ki; ABŞ dövləti RƏM sistemləri barədə Rusiya ilə müzakirə apara bilər.
Pentaqon aprelin əvvəlində Ukraynadakı vəziyyəti səbəb göstərərək Rusiya ilə RƏM sistemləri barədə danışığı dayandırmışdı.
İndi isə Haref deyir: RƏM sistemləri barədə bizim siyasətimiz dəyişməyib. ABŞ dövləti problemlərə baxmayaraq Rusiya tərəfilə müzakirələri davam etdirə bilər.
Amerika və NATO-ya üzv olan digər ölkələr Avropa qitəsini şərq tərəfdən gələ biləcək raketlərdən müdafiə bəhanəsilə öz RƏM sistemlərini Avropanın şərqinə və Rusiya sərhədlərinə yaxın məsafədə qurmağa cəhd edirlər.
Moskva rəsmiləri bu planın tamamilə anti-rus mövqeyli olduğunu və dünyada nüvə strategiyasının balansının pozulması məqsədi güddüyü fikrindədirlər.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbakov məsələyə münasibət bildirərək deyib: Biz Amerikanın Avropanın şərqində RƏM sistemləri qurmaq istədiyini dəqiq bilirik. Biz bu məsələdən narahatıq. Çünki Amerikanın RƏM sistemləri təkcə müdafi üçün deyil, həm də hücum üçündür. Bu plan icra edildikcə, Rusiyaya qarşı nüvə təhlükəsi yaranır və biz belə bir təhlükəli planla mübarizə aparmağı diqqətdə saxlayırıq.
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21