Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Elşad Abdullayevin qardaşı oğurlandı?

Sabiq rektor “Fransa prezidentinə yolladığım məktubda bütün gizlinləri açmışam” deyir

ABU-nun sabiq rektoru Elşad Abdullayev Fransa prezidenti Fransua Ollanda yazılı müraciət yollayıb. Bu barədə musavat.com-a açıqlamasında E.Abdullayev bildirdi. Onun sözlərinə görə, F.Ollandın Bakıya səfər edəcəyini öyrəndiyi gün qardaşı Mahir Abdullayevin oğurlanması, habelə mandat qalmaqalı ilə bağlı baş verənləri özətləyərək ona göndərib. Müsahibimiz hesab edir ki, bu müraciət və onun şikayətləri prezidentlərin görüşündə müzakirə olunacaq: “Mənim ilk gündən şikayətim qardaşımın oğurlanması ilə bağlı olub. Çünki mərhum Sevinc Babayevanın Gülər Əhmədova ilə mənim yanıma ilk gəlişi qardaşımla bağlı olub. Ardınca bütün digər vasitəçilər də sırf Mahirin oğurluq işi ilə bağlı yanıma gəlib pul alıblar. 11 ilə yaxındır ki, qardaşım ortada yoxdur. Amma hələ də bununla bağlı əməli addım atan yoxdur”.
E.Abdullayev prezidentə ünvanladığı müraciətində qardaşı ilə bağlı hadisənin arxasında dayanan şəxslərin adını çəkib. Habelə hakimiyyətin yuxarı eşelounda dayanan bəzi adamların ABU-nu onun əlindən necə aldığını, adamoğurlarının kimlər tərəfindən himayə olunduğunu da qeyd edib: “İnanmıram ki, bu müraciətimə reaksiya verilməsin. İki ölkənin prezidenti görüşlərində mütləq bu məqamı müzakirə edəcəklər. Çünki o məktubda gizli qalan bütün məqamları açıqlamışam”.
1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...