Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

“Videoda baş kəsən azərbaycanlını tanıyıram” – şok müsahibə

Vüqar Azəri: “Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir; daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta ...”

Suriyada vuruşan azərbaycanlılar mövzusu yenidən gündəmdədir. Bu günlərdə Türkiyənin islamçı saytlarından biri Suriyada döyüşən azərbaycanlılardan birindən müsahibə alıb. Qeyd edək ki, müsahibəni alan şəxs Furkan Azeri adı ilə tanınan müəllifdir. Bu şəxs bir neçə dəfə Türkiyənin islamçı saytlarında yazılarla çıxış edərək Suriyada rejimə qarşı döyüşən azərbaycanlıları müdafiə edib. 


“Furkan Azəri”nin müsahibi Suriyada islamçı qruplaşmalardan birində savaşan Vüqar Azəri adlı şəxsdir. Sayta müsahibəsində Vüqar Bakıdan olduğunu, iqtisadiyyat üzrə təhsil aldığını bildirir. Eyni zamanda təhlükəsizlik səbəbindən özü barədə daha geniş məlumat vermək istəmir. Dediyinə görə, Suriya və Azərbaycan arasında ticarət işi ilə məşğul olub və hadisələr başlayandan sonra Suriyanın  müxalif islamçı qruplaşmalarına qoşulub. 

Qeyd edək ki, son zamanlar Suriyada savaşan radikal islamçılarla bağlı dəhşət saçan görüntülər yayılmaqdadır. Xüsusən də İraq-Şam İslam Dövləti adlı qruplaşmanın üzvlərinin baş kəsməsi, işgəncə, kütləvi qətllər və sair kimi görüntülər Suriyada savaşan müxalif qruplara qarşı münasibəti sürətlə dəyişir. Suriya müxalifəti bir qayda olaraq bu cür vəhşiliklərin məhz İŞİD tərəfindən həyata keçirildiyini bildirərək, məsuliyyəti bu qruplaşmanın üzərinə atır. Azərbaycanlı döyüşçü ilə müsahibədə də bu xətt sezilir. Yeri gəlmişkən, hazırda Suriyada müxalif qruplaşmalar daxilində döyüşlər davam edir, xüsusən də Nusra Cəbhəsi və İŞİD arasında qanlı döyüşlər gedir. 

“Vüqar Azəri” kod adlı soydaşımız bildirib ki, Suriyada hadisələr ilk vaxtlarda olduğundan indi xeyli dərəcədə fərqlənir. Azərbaycanlı döyüşçü, ilk vaxtlar müxaliflərin birgə olduğunu, ancaq hazırda bölünmənin artdığını deyib. Sitat: “Bəli, ilk zamanlar daha müqavimət daha aktiv idi. İxtilaflar, fitnələr yox idi. Hər kəs Əsədə qarşı savaşırdı. Azad Suriya Ordusu da daxil olmaqla bütün qruplar birgə savaşırdı və Əsəd sıxışdırılmışdı”.  

Azərbaycanlı döyüşçünün qeydlərindən belə məlum olur ki, İŞİD elan olunduqdan sonra müxalif qruplaşmalar arasında gərginlik yaranıb, toqquşmalar başlayıb. İŞİD-in hazırda mərkəzinin Riqqa şəhəri olduğunu qeyd edən Vüqar Azəri İŞİD-in işgəncə və edamlarının dəhşət saçdığını qeyd edir. Onun sözlərinə görə, hazırda İŞİD digər müxalif qrupları kafir elan ediblər. 

Vüqar Azəri müsahibəsində Suriyada 250 nəfərə yaxın Azərbaycan vətəndaşının olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlıların 60 faizə yaxını İŞİD tərkibində savaşır. Yerdə qalan 40 faizi isə müxtəlif islamçı qruplaşmalarda döyüşür. Onun sözlərinə görə, azərbaycanlı gənclərin böyük qismi aldadılaraq İŞİD-ə cəlb olunur. 


Azərbaycanlı döyüşçü onlara qarşı yanlış təbliğat aparıldığını, Azərbaycana qarşı silah qaldırmaq fikrilərinin olmadığını deyib. Vüqar Azəri bir qədər əvvəl yayılmış baş kəsmə videosundakı həmin şəxsi tanıdığını deyib. Sitat: “Qeyd etdiyiniz videodakı şəxsi tanıyıram. Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir. Daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta prezidentin mühafizə xidmətində olduğu da deyilir. İndi isə İŞİD-in hərbi əmirlərindən (komandanlarından - K) olan Ömər Şişani kimi tanınan Ömər Çeçeninin müavinidir. Daha əvvəl “mühacir və ənsar” (“mühacir-ənsar” ifadəsi “gəlmə və yerlilər” mənasını verir. İslamın ilk illərinə aiddir, hazırda Suriyada İraqdan gəlmə İŞİD-lə yerli döyüşçülər barəsində işlədildiyi ehtimal olunur – K. R.) arasında olan ilk fitnədə bu şəxs ön planda idi. Özəlliklə Şeyx Süleyman olaraq tanınan və fitnənin başladığı bölgədə də bu şəxs səhnədə idi. Bilirsiniz, xarici düşüncəsindəki insanların ağılları işləmir. Müsəlmanların məsləhəti onların vecinə deyil. Onlar Həzrət Əli (ə) və böyük səhabələri öldürəcək qədər gözləri dönmüş insanlardır”.


Vüqar Azəri Azərbaycandan gələn döyüşçülərin böyük bir qisminin təkfirçi olduğunu etiraf edib: “Qismən doğrudur, amma bunu ümumiyyətlə hər kəsə aid etmək olmaz. Bizim cəmiyyət olduqca cahil və İslam dinindən xəbərsizdir. Ona görə belə xətalara düşürlər”.

Vüqar Azəri azərbaycanlıların Suriyaya pul üçün gəlmədiyini, əsas hədəfinin dünya müsəlmanlarının müdafiəsi olduğunu deyib, eyni zamanda yaxınlaşan Rusiya təhlükəsindən bəhs edərək yaxın zamanda Azərbaycanın özünün müsəlman dünyasının yardımına ehtiyacı olacağını söyləyib. 



Kənan Rövşənoğlu 
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17
Masallıda