Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

15 yaşlı qız 13 universitetə qəbul oldu

Nigeriyalı müsəlman qız “Dünyanın ən ağıllı 50 gənci”nin siyahısına düşüb.

15 yaşlı Sahela İbrahim Harvard Universitetinə qəbul olub. O, Harvardın ən gənc tələbəsidir. Yeniyetmə ABŞ-da yığdığı balla rekord qazanıb. Belə ki, o, qəbul imtahanında topladığı balla ABŞ-ın 13 ən nüfuzlu universitetinə -MIT, Pensilvaniya Universiteti, Kornel, Braun, Prinston, Kolumbiya və Çikaqo Universitetlərinə qəbul olub.

Abituriyent “Harvard”ı seçib. Ərəb, ingilis, ispan və latın dillərini mükəmməl bilən gənc qız hicab geyinir. Sahela İbrahimin ən böyük arzusu beyin alimi olmaqdır.
1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP