Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Analitik: İsrail Amerikanın çiynində bir yükdür

Amerikalı analitik Ceyms Moris PressTV-yə müsahibəsində bildirib: İsrail rejimi Amerikanın çiynində ağır bir yük və bu ölkəyə qarşı bir təhdiddir. Vaşinqton Tel-Əvivin qorunma xərcini ödəyir.
Nur-az.com-un PressTV-yə istinadlı məlumatına görə, o deyib: Amerika İsraili himayə etməyin fəsad və nəticələrindən ziyan görmüşdür. Amerika İsraili himayə etməkdən bir xeyir götürməyib.
Bu ekspert bütün bunları İsrail rejiminin Amerikada casusluq fəaliyyəti haqqında hazırlanmış hesabata aid bir sualı cavablandırarkən deyib. Sözügedən hesabata əsasən, İsrailin casusluq fəaliyyətləri “qırmızı xətləri” aşmış və Amerikanın təhlükəsizlik orqanları rəhbərlərinin qəzəbinə tuş gəlmişdir.
Moris bunun ardınca keçmiş CIA zabiti Maykl Şoerdən belə bir sitat gətirib: İsrail rejimi Amerika üçün bir təhdiddir. Bu rejim terror hücumları ilə amerikalıların öldürülməsinə görə cavab verməlidir.
Qeyd etmək azımdır ki, bu hesabat Newsweek jurnalında dərc olunmuşdu. Hesabatda İsrailin Amerikadakı casusluq fəaliyyətləri “qırmızı xətləri” aşdığı bildirilirdi.
Bu hesabatda deyilir ki, ABŞ-ın yüksək rütbəli xəfiyyələri son həftələrdəki məxfi iclaslarında deyiblər ki, Amerikada İsrailin casusluq əməliyyatları Almaniya, Fransa, İngiltərə və Yaponiya kimi müttəfiqələrindən olduqca çox olmuşdur.
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<