Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Mariupolda matəm elan edildi

Şəhərin bir sıra iri ticarət və strateji obyektlərində də dağıntılar və yanğınlar törədilib

Dünən Donetsk vilayətinin Mariupol şəhərində baş verən faciəvi hadisələrə görə, şəhərdə 10 may günü matəm elan edilib.

Rusyönümlü qüvvələrə qarşı keçirilən əməliyyatlar zamanı şəhər sakinləri içərisində ölən və yaralananlar var.

Donetskin Vilayət administrasiyasından verilən xəbərə görə ixtişaşlar nəticəsində 7 nəfər ölüb, 39 nəfər yaralanıb.

Şəhərin bir sıra iri ticarət və strateji obyektlərində də dağıntılar və yanğınlar törədilib.

Ukrayna daxili işlər naziri Arsen Avakov da bildirib ki, dünənki şəhərin mühafizə əməliyyatında 1 nəfər hüquq mühafizə işçisi həlak olub, 5 nəfər isə yaralanıb. Ukrayna tərəfi 20 nəfər terrorçunu zərərsizləşdirib.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı