Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Üsyançılar Donetskin merini dəyişdilər

Ukraynanın Donetsk vilayətində Özlərini Donetsk Xalq Respublikası adlandıran qurum vilayətin yeni merini təyin edib. Etirazçılar rəsmi Kiyev tərəfindən mer təyin olunan Sergey Tarutananın səlahiyyətlərini itirdiyini bildiriblər. Yeni mer Denis Puşilin mətbuat qarşısında çıxışı zamanı sələfinin Kiyevin marionet kuklası olduğunu qeyd edib.

"Kiyev bizim etdiklərimizi qəbul etmir. Onlar bizi terrorçu və separatçı adlandırırlar. Lakin onlar özləri hakimiyyəti qanunsuz yolla ələ keçiriblər. Kiyevdə xunta hökuməti idarə etməyə layiq deyil. Donetskin rəsmi Kiyev tərəfindən təyin olunan meri isə, xalqın düşmənidir".

Donetskdə yeni merin təyin olunması ilə Kiyev regiona nəzarəti tamamilə itirib. Hazırda ölkənin şərq hissəsində xaos, qanunsuzluqlar və özbaşınalıq hökm sürür.

Rəsmi mer Sergey Taruta isə məsələyə münasibətində xalq ona ehtiyac duyduqca vəzifəsindən getməyəcəyini qeyd edib. Onun sözlərinə görə, regionda vəziyyət gərgin olsa da, nəzarətdən çıxmayıb.

Ötən gün Mariupol şəhərində hərbi qüvvələrin separatçılara qarşı əməliyyatları zamanı 21 terrorçu zərərsizləşdirilmişdi. Zorakılıqlar fonunda rusiyayönümlü üsyançılar şəhər polisinin baş qərargahını yandırmışdılar. Məlumata görə, atışmalar zamanı Ukrayna əsgərlərindən də yaralananlar olub.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:16