Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Allahın adı ilə. Salamun aleykum. 1. Yazırlar ki heyvanın başını kəsərkən hulqumunda kəsmək vacibdir. Sual: Toyuğun hulqumunu tapmaq bəzən çətin olur. Bu halda nə edilməlidir? Yazırlar ki, toyuğu ərəbcə "covzə"dən kəsilməlidir. "covzə" nə deməkdir? 2.Ayətullah Sistaniyə görə "Zad" hərfi necə tələffüz edilməlidir? 3. Bir nəfər namazda hərfləri öz məxrəcindən tələffüz edərkən hərflər bəzən (üzr istəyirəm) az miqdarda bəlğəmə dəyir və hərf bir az xırıltılı çıxır. Bu, əsasən boğaz hərflərində olur (məsələn, ğayn). Bu hərfi tələffüz etməzdən əvvəl bunun çıxacağını ehtimal da verir. Bu halda vəzifə nədir?
Ad: , Ölkə: Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
1.Heyvan kəsməyin üsulu belədir: Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3 və 4- hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.
2. Bu məsələ təcvid elminə aiddir və müctəhid bu barədə fiqhi nəzər vermir.
3. Əgər namazda sözü ərəbcə düzgün tələffüz edə bilməsəniz, həmin sözü yenidən deyin.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...