Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

Qəpik haqqında bilmədiklərimiz

Ən qəribə qəpik adı XVI əsrə aid olan Venesiya qəpiyi hesab olunur

Ən ağır qəpik pul XVIII əsrdə dövriyyəyə buraxılan və ağırlığı 19 kilo 700 qram olan İsveç qəpiyi hesab olunur. 1 qəpik 10 dollar hesab edilirdi. Qəpiyin ətrafında şah ailəsinə məxsus möhür təsvir edilmişdi. Qeyri-adi materialdan pul. XIX əsrin əvvəllərində Alyaskada yerləşən rus-amerikan şirkəti dəri pulları dövriyyəyə buraxdı. 42 min rubl dəyərində 10 min qəpik istehsal olundu və bu valyuta 1826-cı ilə kimi dövriyyədə oldu.

Ən qəribə qəpik adı XVI əsrə aid olan Venesiya qəpiyi hesab olunur. O “qəzet” adlanırdı. Əslində ilk olaraq, o yaranmış, daha sonra isə qəzet yaranıb. 1556-cı ildə Venesiyada ilk çap nəşri (“Məktub xəbərləri” ) buraxıldı və onun dəyəri 1 qəzet qiymətində idi. Elə bu səbəbdən də nəşri pulun adı ilə adlandırdılar.

Dəyər üzrə ən qiymətli pul 1654-cü ildə kəsilən hind qızıl qəpiyi idi. Qəpiyin izi London muzeyində saxlanılır. Onun yeganə nüsxəsi isə 1810-cu ildə Hindistanın Bixar ştatında itmişdi. Dəyərinə və ölçüsünə görə ən balaca qəpik rus qəpiyi hesab olunur. Onu yarım pul da adlandırırlar. Eyni qəpiyin dördü ümumilikdə 17 qram edir. Ən böyük rus qəpiyi isə 1725-ci ildə Yekaterinanın əmri ilə dövriyyəyə buraxılıb. Bu qəpik dördbucaq formasında uzunluğu 18, eni 5 millimetr idi. Çəkisi isə 1 kiloqram 636 qram idi.

Düşünürsünüz ki, qəpik pullar bizə nə vaxtsa lazım olmaya bilər? Rusiyada 1825-ci ildə bu hal ilə qarşılaşmışdılar. I Aleksandrın ölümündən sonra taxta onun böyük oğlu Konstantin çıxmalı idi və artıq onun adına qəpiklər kəsilmişdi. Lakin Konstantin ani olaraq öz qərarını qardaşı Nikolayın xeyrinə dəyişir və taxta Nikolay çıxır. Beləliklə, Konstantinin adına kəsilmiş bütün qəpiklər istifadəyə yararsız sayılıb dövriyyəyə buraxılmır.
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31