Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

Avropa Parlamentinin Rusiya qorxusu

Ukrayna böhranı NATO-nun dərin narahatçılığına səbəb olmaqdadır.

Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası rəhbəri Elmar Brok bölgədəki vəziyyətlə bağlı maraqlı mülahizələr irəli sürüb.

Brok Ukraynanın böyük bir hissəsinin Rusiyaya birləşdiriləcəyinə və bundan sonra da növbənin Moldovaya gələcəyinə diqqət çəkib. Ehtimal edilən ssenarilər gerçəkləşərsə, NATO və Avropa Birliyinin sərhədləri Rusiya ilə əhatə olunmuş olacaq.

Almaniyalı şərhçi NATO-nun Rusiya qarşısında hazırlıqsız olduğunu və hərbi təşkilatda islahatların aparılmasının vacibliyini qeyd edib:

"NATO-nun bu durumda açıq bir öhdəliyi var və Rusiyanın riskə girməsi halında bu öhdəliyə aydınlıq gətirilməsi lazımdır. Bu səbəbdən də yeni fikirlər ortaya qoymalıyıq. Diplomatik vasitələr dövrəyə girməli və Rusiyanın aqressiv siyasətindən imtina etməsinə ümüd etməliyik".

Brok həmçinin bildirib ki, Krımın ilhaq edilməsində istifadə edilən vasitələr Baltik ölkələri üçün də şamil ola bilər. Tutaq ki, Rusiya Estoniyaya müdaxilə etsə, NATO buna qarşı maneə törədə biləcəkmi?"
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<