Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

Gözəl səsi ilə Böyük Rəhbəri təəccübləndirən 13 yaşlı uşaq - Foto

Kiçik tilavətçi fərqli və qeyri-adi səsi ilə Ayətullah Seyid Əli Xameneini də valeh edə bilib. İnterAz xəbər verir ki, 13 yaşlı Seyyid Taha Hüseyni İranda Qurani-Kərimin tilavəti sahəsində tanınmış azyaşlılarındandır. Onun Qurani-Kərimin müxtəlif surələrindən oxuduğu parçalar daima iranlılar eləcə də, ərəb dünyasında diqqət mərkəzində olmuşdur. Kiçik azyaşlının diqqət çəkən məharəti daha çox onun böyük qarilərin oxuduğu parçalarını dəqiqliklə təqlid edərək, oxumasıdır.   

S.T. Hüseynin fərqli və qeyri-adi səsi ilə Ayətullah Xameneini də valeh edə bilib. Belə ki, kiçik tilavətçinin Ayətullah Xameneinin iştirakı ilə keçirilən Quran mərasimlərinin birində bəyat muğamı ilə oxuduğu parça Ali Dini Lider Ayətullah Xameneinin təəccübünə səbəb olub. Tilavətçinin, tanınmış qari Mustafa İsmailin uslubu ilə oxuduğu Fatir surəsi, Böyük Rəhbərin diqqətini cəlb edib və o, kiçik tilavətçini yanına səsləyərək, alnından öpüb. Bundan sonra fürsətdən istfadə edən kiçik S.T.Hüseyni Ayətullah Xameneidən, boyundakı mübarizə rəmzi olan şalı ona yadigar olaraq hədiyyə etməyi istəyib.

Sözügedən mərasimdə S.T.Hüseyninin oxuduğu tilavəti təqdim edirik.

 



2198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28