Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2014

H.Əliyev torpaqların ermənilər tərəfindən işğalı prosesində iştirak edirdi

İlham Əliyevin ittihamlarına müxalifətdən cavab

Nurəddin Məmmədli: «Heydər Əliyev siyasi hakimiyyəti ələ keçirmək üçün həm Kreml, həm də Yerevanla ciddi əməkdaşlıq edirdi»

Gülağa Aslanlı: «Qarabağ ətrafındakı rayonların verilməsi Heydər Əliyev hakimiyyətə gələndən sonra baş verib»

Dövlət başçısı İlham Əliyev bu günlərdə etdiyi çıxışında Azərbaycan ərazilərinin işğal olunması səbəblərindən biri kimi Heydər Əliyevin hakimiyyətdə olmamasını göstərib. İ.Əliyev hesab edir ki, əgər H.Əliyev Azərbaycanın müstəqilliyinin ilk günlərində hakimiyyətdə olsaydı Qarabağ problemi hazırda gündəmdə olmazdı: «Məhz Heydər Əliyevin siyasi hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin iddiaları irəli sürsünlər. 1993-cü ildə qardaş qırğını başlamışdı. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi.

Əgər Heydər Əliyev müstəqilliyin lap əvvəlindən Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi».

İ.Əliyevin daha bir ittihamı Azərbaycanda ən çox şəhid vermiş AXCP-yə qarşı ünvanlanıb. İ.Əliyev o zamankı hakimiyyətin Azərbaycana xəyanət etdiyini bildirib.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, H.Əliyev hələ Naxçıvanda olan zaman Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı prosesində iştirak edirdi. H.Əliyevin o zaman siyasi hakimiyyəti ələ keçirmək üçün həm Kreml, həm də Yerevanla ciddi şəkildə əməkdaşlıq etdiyini deyən N.Məmmədli vurğuladı ki, bu barədə kifayət qədər faktlar var və onların heç birini danmaq olmaz: «Naxçıvanı erməni işğalından qorumaq üçün Heydər Əliyevin ermənilərlə əməkdaşlıq etməsi də yaxşı məlum idi. İş o həddə çatmışdı ki, Azərbaycanın digər regionlarından əsir götürülmüş adamları belə Heydər Əliyev ermənilərlə apardığı danışıqlar zamanı azad edib. Digər tərəfdən Heydər Əliyev Azərbaycanın könüllülərdən ibarət 30-dan çox bataleonunu ləğv etməklə ermənilərin işğalı üçün əsas yaratdı».

Elçibəy hakimiyyəti dövründə ölkədə baş verənlərə H.Əliyevin təsir etmək imkanının kifayət qədər geniş olduğunu deyən N.Məmmədli N.Pənahlının H.Əliyevlə bağlı maraqlı etiraflarını xatırlatdı: «Allah Nemət Pənahlının qapısını açsın. O bir dəfə maraqlı açıqlama vermişdi. O, bildirib ki, AXC hakimiyyətə gələn ərəfədə mən Heydər Əliyevə dedim ki, məqam yetişib, gəl, hakimiyyəti götürək. Heydər Əliyev mənə dedi ki, xeyir zamanı deyil. AXC-nin çox böyük nüfuzu var. Əgər biz indi hakimiyyətə gəlsək onlar xalqın dəstəyindəni istifadə edib, bizim hakimiyyətdə qalmamıza imkan verməyəcək. Ona görə də öncə AXC hakimiyyətə gəlməlidir. Onu nüfuzdan salıb, sıradana çıxardıqdan sonra hakimiyyətə gələ bilərik».

N.Məmmədlinin fikrincə, ona görə 69-cu ildən sonra Azərbaycanda baş verən bütün hadisələrin başında məhz H.Əliyev dayanıb.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, Qarabağ problemi başlayan zaman H.Əliyev Moskvada daha yüksək vəzifədə idi. Əgər H.Əliyev SSRİ rəhbərliyində təmsil olunan zaman problemin qarşısını almaq bacarığında idisə, bunu edərdi: «Dağlaq Qarabağ problemi Qarabağ Muxtar Vilayətinin statusunun 1972-ci ildə daha da yüksəlməsi ilə başladı. Bu problem daha çox erməni və rus hakimiyyətlərinin qurmuş olduğu bir plandır. Həmin planda azərbaycanlılardan kiminsə iştirak edəcəyi fikrindən uzağam. Amma torpaqların işğal olunmasında Azərbaycanda müəyyən siyasi qüvvələri itttiham edən insanları anlaya bilmirəm. Çünki ya bu adamlar yaxın tarixi bilmirlər, ya da onu unutdurmağa çalışırlar. Çünki ətraf rayonların verilməsi birbaşa Heydər Əliyev hakimiyyətə gələndən sonra baş verib. O zaman bu məsuliyyətin tamamilə onların üzərinə düşdüyünü güman etmək olar. Bu çox yanlış yanaşmadır. Hazırkı durumda müxalifəti günahlandırmaq, müxalifəti anti-milli qüvvə kimi qələmə vermək yanlış düşüncədir»./azadlıq/
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07