Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Sabah yay vaxtı ləğv edilir

Bu gecə Azərbaycan qış vaxtına keçir. Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabr 27-də saat 5:00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
3790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP