Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

“Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı”

Bu sözləri İstanbulun Kadır Has Universitetinin professoru, politoloq Midhat Çelikpal deyib

“Mən Elnur Aslanovla Elşad İsgəndərovun Azərbaycanda vəzifədən çıxarıldıqlarını bilirəm. Mənə məlum olduğuna görə, bu iki şəxsin “Gülən camaatı”nın fəalları ilə çox sıx dostluq münasibətləri və birgə layihələri var idi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəndə mətbuatda belə məlumat yayıldı ki, bizim baş nazir Azərbaycan hakimiyyət orqanlarına nurçuların adlarının olduğu xüsusi siyahı verib.

Türk xüsusi xidmət orqanları bu xüsusi siyahını Ərdoğanın onu rəsmi Bakıya təqdim etməsi məqsədilə hazırlamışdısa, deməli, buna çox ciddi əsaslar olub. Yadınıza salın ki, Türkiyə hökuməti əvvəlcə hərbçilərlə mübarizəyə başlamışdı, indi isə gülənçiləri əsas hədəf kimi seçib. Görünür, Türkiyə hakimiyyətində nurçular sektasının Azərbaycanda geniş və dərin şəbəkə qurması barədə hansısa ciddi məlumatlar olub”.

Bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində İstanbulun Kadır Has Universitetinin (Kadir Has University) professoru, politoloq Midhat Çelikpal deyib.
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP