Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Şröyder Rusiyaya sanksiyalara son qoymağa çağırdı

Almaniyanın sabiq kansleri Herhard Şröyder Qərbə səslənərək, Rusiyaya qarşı sanksiyalara son qoymağa çağırıb.

Bundan başqa o, rəsmi Kiyevi də tənqid edib və ölkənin şərqindəki əməliyyatlara son qoymağa, problemin həlli üçün dinc yollardan istifadə etməyə səsləyib.

Şröyder sanksiyalardansa, təhlükəsizlik məsələlərində Qərbin Rusiya ilə əməkdaşlıq etməsini əhəmiyyətli sayıb. Keçmiş kansler hətta sanksiyalar məsələsində Avropanın Amerikaya qarşı çıxmasını vacib bilib. O deyib ki, Rusiya və Almaniya müttəfiq ölkələrdir, Avropada böyük gücə malikdirlər. Bu nüanslardan mütləq istifadə olunmalıdır.

Ukrayna məsələsinə toxunan Şröyder rəsmi Kiyevi milli birlik, qarşılıqlı anlaşmanı bərpa etmək yolunda hərəkətsizlikdə qınayıb.

Şröyder çıxışının sonunda vurğulayıb ki, Ukrayna krizisindən çıxış açarı təkcə Moskvada deyil, həmçinin Brüssel, Vaşinqton və Berlindədir.
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47