Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Azərbaycan Formula 1 üçün hər il 40 milyon ödəyəcək

Formula 1 yarışlarının rəhbəri Bernard Ekklistoun bu həftə mətbuata açıqlamasında bildirib ki, 2015-ci ildə Cənubi Koreyada keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Pri yarışı Bakıya keçiriləcək. Bu barədə Böyük Britaniyanın tanınmış "topgear.com" saytı məlumat yayıb. Bernard Ekklistoun daha sonra bildirib ki, artıq bu istiqamətdə Bakı ilə razılaşma əldə olunub. "Düzdür Koreyalılar trassla bağlı bütün problemləri həll ediblər. Lakin onlar heç də zəruri olan bütün işləri görməyiblər", deyə o, bildirib.

Saytda daha sonra deyilir ki, Formula 1 yarışları paytaxt Bakının ətraf ərazilərində keçiriləcək. Belə məlumatlar dolaşır ki, Bakıda hər il bu yarışın təşkil edilməsi üçün Azərbaycan 24 milyon funt sterlinq (40 milyon dollar) ödəməyə hazır olduğunu bildirib./azadlıq/
1196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı