Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Təhlükəsizlik qülləsini uçurub PKK bayrağı qaldırdılar

BDP-lilər burda təhlükəsizlik qülləsi tikilməsinin “Sülh prosesinə” zərbə olacağını deyiblər

Türkiyədə PKK terror təşkilatının siyasi qruplaşması Sülh və Demokratiya Partiyasının (BDP) bir qrup üzvü tikilməkdə olan təhlükəsizlik qülləsini uçuraraq yerində PKK bayrağı ucaldıblar.

BDP üzvləri Diyarbəkir vilayəti Silvan rayonunun 3 kəndi arasında olan Silvan su anbarı, Babakaya tunelinin təhlükəsizliyi üçün nəzərdə tutulan qüllənin tikintisinə etiraz edib.

Bu çərçivədə aksiya keçirən qrup üzvləri əvvəl tikintinin olduğu yerə gedən yolu barrikadalarla bağlayıb və ərazidə tonqallar yandırıblar. Daha sonra tikintinin divarlarını uçuran terrorçu aksiyaçılar ərazidə PKK bayrağı və terrorçu lider Abdullah Öcalanın portretini qaldırıblar.

Aksiyaya BDP-dən olan bələdiyyə sədrləri, BDP rayon təşkilatlarının üzvləri də dəstək veriblər.

BDP-lilər burda təhlükəsizlik qülləsi tikilməsinin “Sülh prosesinə” zərbə olacağını deyiblər.
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00