Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Kütləvi zəhərlənmə: 10 yaşlı qız öldü

Kütləvi zəhərlənmə: 10 yaşlı qız öldü, xeyli adam xəstəxanaya düşdü

Zaqatalada daha bir ailənin 4 üzvü göbələkdən zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabr 25-i saat 22:40 radələrində Zaqatala şəhəri, Anar Həmidov küçəsi 156-A ünvanında yaşayan Osmanovlar ailəsinin üzvləri - 1955-ci il təvəllüdlü Osmanova Xalidə Abdulməcid qızı, onun iki oğlu, 1976-cı il təvəllüdlü Osmanov Əli Osman oğlu və 1982-ci il təvəllüdlü Osmanov Elçin Osman oğlu və ailənin gəlini, 1979-cu il təvəllüdlü Osmanova Sahibə Urerat qızı güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar.

Həkimlərin araşdırması zamanı məlum olub ki, ailə şam yeməyində göbələk yeyib. Yeməkdən bir qədər sonra onların halı pisləşməyə başlayıb. Xəstələrə ilkin yardım göstərildikdən sonra onlar müalicələrini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Qeyd edək ki, oktyabr ayının 23-də də Zaqatala rayonundan göbələkdən zəhərlənmə faktı qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Zümrüd Balaşovadan başqa, ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.
2037 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi