Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

"Atletiko Madrid" və "Barselona" xal itirdi, amma Real...

La liqanın çempionu son turda bəlli olacaq
Futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunlarına yekun vurulub.

İlk üç yeri tutan komandalar - "Atletiko Madrid", "Barselona" və "Real Madrid" gözlənilmədən xal itirib. Daha doğrusu, Madridin "Atletiko"su ilə Kataloniyanın "Barselona" klubu 1 xal qazansalar da Kral klubu məğlubiyyətlə üzləşib.

Türk futbolçu Arda Turanın şərəfini qoruduğu "Atletiko" öz doğma meydanında "Malaqa" ilə 1:1 hesabı ilə heç-heçə edib.

Messinin komandası "Barselona" isə səfərdə "Elçe"i yenə bilməyib və qolsuz bərabərliyə imza atıb.

Daha gözlənilməz hadisə isə "Real"ın başına gəlib. Belə ki, Kral klubu səfərdə "Selta"ya 2:0 hesabı ilə məğlub olub.

Beləliklə, La liqanın çempionluğu "Atletiko Madrid" - "Barselona" oyununun nəticəsindən asılı olacaq. "Atletiko"ya bu oyunda çempion olmaq üçün bir xal da kifayət edəcək. "Barsa"ya isə doğma meydanı "Nou Kamp"da yalnız qələbə lazımdır.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı