Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

SEPAH-dan ABŞ ordusuna əzələ nümayişi - Foto

İran istehsalı olan RQ170 bombardmançı olur.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) böyük nailiyyətindən ən son məlumatlar.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, SEPAH-ın İran RQ170-i üçün verdiyi tərifə görə, bu pilotsuz təyyarə ABŞ gəmiləri əleyhinə radardan yayına bilən bombardmançı kimi istifadə olunacaq.
SEPAH-ın hava qoşunlarının uğurları nümayiş olunan sərgidə İran İslam İnqilabının Ali Baş Komandanı, Həzrət Ayətullah əl-üzma Seyid Əli Xamenei iştirak edib. Sərgidə İran istehsalı olan yüksək texnologiyalı RQ170 və qənimət götürülmüş ABŞ istehsalı olan RQ170 nümayişə çıxarılıb. Bu nümayiş amerikalılar üçün yeni bir kabusun başlanğıcına çevriləcək. Çünki əldə olunan məlumatlara görə, SEPAH bu təyyarəni kəşfiyyat üçün istifadə edən amerikalılardan fərqli olaraq, onu hərbi hücum üçün və Amerika gəmiləri əleyhinə bombardmançı kimi də istifadə edəcək.
İnqilab Rəhbərinin bu pilotsuz təyyarə ilə tanış olduğu zaman, hava qoşunları məmurlarından biri izahında dedi: “Amerikalılar sərnişinsiz təyyarələrin bütün üstünlüklərini bu təyyarə üzərində cəmləmişlər. Əgər onların ən mühümünü saymalı olsaq, ilk növbədə onun maskalanmasıdır. Belə ki, radar, radio, istilik, səs, görüntü və informasiya maskalanması bu təyyarədə ən yüksək səviyyədə riayət olunub.
İlk mərhələdə, bu uçaq ələ keçirilib qənimət götürüləndə, bizim onun daxili quruluşu, kompyuterləri və başqa hissələrindən çox da məlumatımız yox idi. Amma, əl çatan və tanınması mümkün olan bir sıra yaddaş və hard diskləri ələ keçirdik və ilk mərhələdə verilənlər bazasını yenidən geri qaytarmağa çalışdıq. Bəlkə də bu iş, casusluq yuvasının (Amerikanın Tehrandakı səfirliyi – red) ələ keçirilməsindən sonrakı addımlar kimi iş idi. Onlar bu məlumatları geri almaq istəsələr də, lakin bu iş bir neçə əsas fərqlə bizim xeyrimizə baş tutdu.
Biz burada hətta məlumatların növünü də bilmirdik ki, nəyin arxasıyca gedək? Burada kodinq (coding) və şifrələr məsələsi qarşımıza çıxdı ki, Allahın lütfü ilə bu mərhələni uğurla keçdik.
Növbəti mərhələdə əldə edilən DİTA (Darwin Information Typing Architecture, Arxitekturanı Yazan Darvin İnformasiyası – red), video çəkilişlər və hiperspetral çəkilişlərdən ibarət idi. Bunlar məlumatların böyük bir hissəsini təşkil edirdi. Bu iki hardın məlumatları tamamilə kəşf edildi.
Bu təyyarə 13 uçuş həyata keçirmişdir ki, həm Əfqanıstandan, həm Pakistandan kəşfiyyat məlumatları əldə etmişdir. Bu məlumatların hamısı onun kompyüterində mövcuddur.
SEPAH-ın komandanının tədbiri belə idi ki, bu işlə yanaşı, biz bu uçağın texniki vasitələri üzərində əks mühəndislik də etməli idik. Ona görə də, yeni bir uçaq meydana çıxdı ki, bu da İran RQ-sudur.
Bu hədəfə çatmaq üçün, dinamik uçuşun mürəkkəbliyini nəzərə alaraq, daha kiçik ölçülərə malik uçaq hazırlamalı idik. Belə ki, daha ucuz və daha sadə olsun. Biz bu işi də gördük.
Quru testlərini də həyata keçirdik. İnşa Allah bu sərgidən sonra, onun uçuş testlərini də həyata keçirəcəyik.
FarsNews-un məlumatına əsasən, bu İran istehsalı olan pilotsuz təyyarə dərin kəşfiyyat və döyüş qabiliyyətlərinə qadir olacaq.
SEPAH bu təyyarəni kəşfiyyat üçün istifadə edən amerikalılardan fərqli olaraq, onu hərbi hücum üçün və Amerika gəmiləri əleyhinə bombardmançı kimi də istifadə edəcək.
Verilən məlumata əsasən, bu pilotsuz təyyarənin 15 faizlik modeli keçən həftə uçuş testini müvəffəqiyyətlə başa vurmuşdur. Cari ildə də, 40 faizlik model üzərində uçuş testi aparılacaq.


İnqilab rəhbərinin qənimət götürülmüş Amerika pilotsuz təyyarəsi RQ170-ə və onun İran modelinə baxışı


Qənimət götürülmüş Amerika pilotsuz təyyarəsi


RQ170 üzərindən istehsal edilmiş İran pilotsuz təyyarəsi
1833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07