Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Cahangir Əsgərov Batumidə otel tikir

AZAL prezidenti Cahangir Əsgərovun ailə biznesinin cəmləşdiyi “Gazelli” şirkəti Batumidə beşulduzlu dəbdəbəli otel inşa edir. Bu barədə məlumatı virtualaz.org saytı Gürcüstandakı mənbələrə istinadən yayıb.

Məlumada deyilir ki, otel Qara dəniz sahilində, Batumi akvaparkının yaxınlığında yerləşir, sahəsi 21 min kvadratmetr təşkil edir. Hazırda otelin tikintisi tamamlanmaq üzrədir. “Gazelli Hotel” 2015-ci ildə istifadəyə veriləcək.

“Gazelli Hotel” Batumidə tikilməkdə olan 14 turizm obyektindən biridir. Bu obyektlərin əksəriyyətini türkiyəli investorlar tikir. Həmçinin ABŞ, Italiya, Isveçrə və Rusiyadan olan investorlar da Batumidə turizim obyektləri inşa etməkdədir.

“Gazelli Group” şirkətini Cahingir Əsgərovun xanımı idarə edir. 1999-cu ildə yaradılan bu şirkət Azərbaycanda ilk kosmetik məhsullar istehsalçısıdır. Şirkətin Bakıda parfümeriya satışını həyata keçirən mağazalar şəbəkəsi, elit gözəllik və SPA salonları var. Şirkətin turizm biznesindəki layihələri barədə məlumat yoxdur./azadlıq/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Metroda intihara c