Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Kəmalə Bənənyarlıya işgəncə verilməsi təsdiqləndi

Ramil Usubov tədbir görməsə bu addımın ən yüksək səviyyədə sifariş verildiyini etiraf etmiş olacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Kəmalə Bənənyarlının Nəsimi Rayon Polis Idarəsində işgəncələrə məruz qalması artıq təkzibedilməz faktdır. Qeyd edək ki, Kəmalə Bənənyarlı NIDA-çı gənclərə oxunan hökmə etiraz olaraq Ağır Cinayətlərə Dair Məhkəmənin qarşısında keçirilən aksiyada həbs olunub. Nəsimi Rayon Polis Idarəsinə aparılan Bənənyarlı orada işgəncələrə məruz qalıb. Daha sonra AXCP fəalına 30 sutka həbs cəzası verilib.

Kəmalə Bənənyarlının Nəsimi Rayon Polis Idarəsində işgəncələrə məruz qaldığı barədə xəbərləri DIN təkzib etmişdi. Nazirlikdən bildirilmişdi ki, Kəmalə Bənənyarlıya işgəncə verilməyib. Lakin Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmovun Bənənyarlı ilə görüşündən sonra DIN-in işgəncə faktını ört-basdır etməyə cəhd göstərdiyi bir daha aydın oldu.

Elçin Behbudov musavat.com-a bildirib ki, Kəmalə Bənənyarlı ona üzləşdiyi işgəncələrdən danışıb: “Təəssüf edirəm ki, onu yoxlayan həkim aldığı xəsarətlər barədə arayışı tam səhv yazıb. Görünən odur ki, Kəmalə xanıma verilən işgəncələr sübuta yetirilib. Hazırda vəziyyəti ürəkaçan deyil. Bu barədə aidiyyatı orqanlara məlumat verəcəm. Tez-tez təcridxanaya gedib, onlarla görüşəcəm”.

Vüqar Məhərrəmov da Kəmalə Bənənyarlının vəziyyəti ilə yaxından maraqlandığını deyib: “Kəmalə xanımla ciddi maraqlandım. Onun işgəncələrə məruz qalması ilə bağlı bizə etdiyi müraciəti dərindən araşdırıb, prokurorluğa müraciət edəcəyik. Təcridxana rəhbərliyi ilə də görüşdüm. Görüş üçün 15 günlük vaxtın azaldılması, telefon danışığının tez-tez olması üçün əlimizdən gələni edirik. Bayramla əlaqədar iş günü olmadığına görə, indi gedə bilmirik. Bayramdan sonra yenə onlara baş çəkəcəyik”.

Göründüyü kimi, Elçin Behbudov birbaşa, Ombudsmanın nümayəndəsi isə dolayısı ilə işgəncə faktını təsdiqləyib.

Şübhəsiz ki, Kəmalə Bənənyarlıya işgəncə verilməsi özfəaliyyət deyil. Bu ən yüksək səviyyədə verilən sifarişin icrasıdır. Yox əgər bu sadəcə Nəsimi polisinin özfəaliyyətidirsə, o zaman daxili işlər naziri Ramil Usubov bununla bağlı tədbir görməlidir. Əks təqdirdə Kəmalə Bənənyarlıya məhz nazirin əmrilə, deməli, “yuxarı”dan gələn sifariş əsasında işgəncə verildiyini etiraf etmiş olacaq./azadlıq/
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı