Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Sovetski»ni etiraz şüarları bürüdü - Foto

«Sovetski»ni etiraz şüarları bürüdü Söküləcək məhəllədəki evlərin divarlarına «Biz köçümürük» sözləri yazılıb

Artıq xeyli müddətdir şəhərin mərkəzində yerləşən və sökülməsinə qərar verilən «Sovetski» məhəlləsinin sakinləri ilə yerli hakimiyyət arasında kompensasiya narazılığı davam edir. Hökumətin hər kvadratmetr üçün təklif etdiyi 1500 manatlıq kompensasiyadan imtina edən məhəllə sakinləri, evlərindən çıxmaq fikrində olmadıqlarını bildirirlər.

bitmap-img6

Qeyd edək ki, indiyə qədər 900 ailənin Yasamal rayon İcra Hakimiyyəti ilə pul məsələsində anlaşdığı vurğulanır. Lakin 12 min evin sakinləri verilən məbləğlə razılaşmadığı üçün geri çəkilmək fikrində olmadığını bildirirlər. Üstəlik, Yasamal İcra Hakimiyyətinin vətəndaşları aldadaraq, onlara boş kağız üzərinə imza atdırması qalmaqalından sonra vəziyyət daha da tündləşib.

Ötən həftənin sonlarından etibarən «Sovetski»dəki evlərin divarlarında etiraz şüarları peyda olub. Belə ki, divarlarda «Biz köçümürük» şüarları hər addımbaşı diqqəti çəkməyə başlayıb. Sakinlər bununla evlərini tərk etmək niyyətində olmadıqlarını və kompensasiyanın artırılmasını tələb edirlər./politika/
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43
Ət, süd yen