Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Çeçenləri Suriyadan Tiflisə apardılar

Terrorizm Rusiyaya doğru hərəkət edir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, bu çeçen döyüşçülər indiyə qədərə Suriyada ölkə ordusuna qarşı döyüşürdülər. Onları Gürcüstana aparmışlar ki, Pankis dərəsində yerləşsinlər və oradan Rusiya torpağına nüfuz etsinlər.
Əldə edilmiş dəqiq məlumata əsasən, may ayının 1-i, 97 nəfər döyüşçü İordaniyanın paytaxtı Əmandan, 813 saylı uçuşla, səhər saat 7-də havaya qalxmış və saat 10-da İstanbula enmişdir. Oradan isə, saat 13:10-da 382 saylı uçuşla hərəkə etmiş və saat 16:25-də növbəti mənzil olan Tiflisə aparılmışlar.

Çeçenlər Pankis dərəsindən Rusiya ərazisinə nüfuz edəcəklər
Çeçenlərin bir hissəsi 1952-ci ildə SSRİ-dən qeyri-qanuni olaraq çıxmış və İordaniyada məskunlaşmışlar. Hicazdan İordaniyaya aparılmış Şah Hüseyn Urduni ingilislərin yardımı ilə səltənətə çatmışdı. O, çeçenlərdən özünün şəxsi qvardiyasında istifadə edirdi. İndi də padşahın qvardiyasında çeçenlər vardır.

Terrorizm biznesinin istiqaməti Rusiyaya doğru
Ukrayna hadisələrindən sonra, Səudiyyə Ərəbistanı və Amerika terrorizm biznesini Rusiyaya doğru yönəltmişlər.
Bundan öncə, bir ərəb xəfiyyəsi FarsNews-un müxbirilə söhbətdə ifşa etmişdi ki; Suriyada döyüşən Səudiyyə Ərəbistanı və Çeçenistan vətəndaşı olan təkfirçi terrorçuların nəzərə çarpacaq hissəsi Ukrayna ordusuna kömək etmək məqsədilə Səudiyyə Ərəbistanının təhlükəsizlik təşkilatının maddi və hərbi dəstəyilə bir neçə təyyarə ilə Ukraynanın paytaxtı Kiyevə getmişdilər.
1423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber