Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

İsrail ordusu Hizbullaha döyüşsüz də məğlubdur

İsrail ordusunun zabitləri: Hizbullahla qarşılaşma gücümüz yoxdur!
İsrail ordusunun 20 zabiti Netanyahu, İsrailin müharibə naziri və iqtisadiyyat nazirinə məktub ünvanlayaraq bildirmişlər ki; Əsgərlərə tam hərbi təlim verilməyib və onlar başqa qüvvələr kimi müharibəyə hazır deyillər.
Nur-az.com-un FarsNewa-istinadlı məlumatına əsasən, İsrail qəzeti Mearyu bir neçə gün öncə xəbər vermişdi ki, İsrail ordusunun Livan Hizbullahı qarşısında gücü azalıb. Bundan sonra İsrailin Yediot Aharonot qəzeti yazdı ki, 20 israilli zabit baş nazir Benyamin Netanyahuya, müharibə və iqtisadiyyat nazirlərinə məktub yazaraq bildirmişlər ki, 17 saylı piyada döyüş briqadasının 100 əsgəri döyüşə hazır deyil.
Sionist rejimin başqa ölkələri, xüsusilə də İranı təhdid etməyə adət etdiyi halda, öz ordusunun zabitləri ordunun döyüş hazırlığının aşağı olduğunu etiraf edirlər.
Ordunun ehtiyatda olan zabiti Buay Ezulay deyib: Ordunun hazırlığının olmaması faciəyə gətirib çıxarıb. Son üç ildə onlarla əsgər 17 saylı Hərbi Hissəyə yerləşdirilib. Lakin biz onları müharibəyə hazırlamamışıq. Müharibə etməyə məcbur olsaq, nə baş verəcəyini bilmirik.
Bu məktub İsrail ordusunda fərarilik hallarının artamasından sonra yayımlanıb.
Aprel ayında İsrailin Haaretz qəzeti bir hesabat hazırlayaraq ildə 22 mindən çox əsgərin ordunun müxtəlif hissələrindən fərarilik etdiyini ifşa etmişdi.
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber