Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Ermənilərə Azərbaycanda ev verildi - Foto

Qubadlı rayonunun Xanlıq kəndinə Suriyadan gələn erməni ailələrinə mənzillər paylanır.

Bu barədə Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə suriyalı qaçqınların yerləşdirilməsində maraqlıdır. Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür.

A.Qasparyan bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 yaşayış mənzili olan bir binanın tikilib istifadəyə verildiyini deyib: “Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə suriyalı qaçqınlara təqdim edilib. Burada yaşayan qaçqınlar eyni zamanda işlə də təmin olunublar”. /Teleqraf/




1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...