Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Liviya sahillərində 60-dan artıq qanunsuz mühacirin cəsədi aşkarlanıb

Aralıq dənizinin Liviya sahillərində Avropaya getmək istəyən qayığın batması nəticəsində 100-dən artıq insan itkin düşüb.

SalamNews-un əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, Liviyanın müvafiq orqanları batan qayığın sərnişinlərindən 60-dan artığının cəsədini tapıblar. Digərlərinin cəsədlərinin axtarışı davam edir.

Liviya mənbələri qayıqda 130 qanunsuz mühacirin olduğunu deyiblər.

Bildirək ki, Avropaya gedən qanunsuz afrikalı mühacirlərin əsas tranzit bölgəsi Liviyadır.

Xatırladaq ki, iki gün əvvəl Liviyanın daxili işlər naziri Salih əl-Maziq Avropa İttifaqından problemlə mübarizədə lazımi imkanların yaradılması və yardımların göstərilməsini istəyib.
1193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10
İki pr