Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Kreml: Moskvada Donetsk və Luqansk vilayətləri əhalisinin seçiminə hörmətlə yanaşırlar

Moskva Ukraynanın Donetsk və Luqansk vilayətlərində keçirilən referendumda yüksək seçici fəallığını qeyd edir və bu bölgələrin əhalisinin öz iradəsini ifadə etməsinə hörmətlə yanaşmağa çağırır.

Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, səsvermə proseninə mane olmaq cəhdlərinə baxmayaraq referendumda yüksək seçici fəallığı müşahidə olunub.

Dinc əhaliyə qarşı güc tətbiqini pisləyən Moskva Ukrayna hakimiyyəti ilə Donetsk və Luqansk separatçıları arasında dialoqun təşkilinə istənilən vasitəçilik səylərini göstərməyə hazır olduğunu bəyan edib.
1086 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP