Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dövlət itihamçısı çıxış edərək P.Həşimliyə və T.Qurbanova 9 il iş istəyib. Pərviz Həşimli və Təvəkkül Qurbanov 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb./bizimyol/
1079 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<