Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Ali Məhkəmə dindar bloqçunun şikayətinə baxacaq

Mayın 14-də Ali Məhkəmədə dindar bloqçu Rəşad Ramazanovun verdiyi şikayətə baxılacaq. Vəkil Azər Nağıyev “Media forum”a deyib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin qərarından verilib: “Məhkəmə ilkin baxış qərarını bizə vermədən hökm çıxarıb. Bununla da bizim növbəti instansiyaya şikayət vermək hüququmuzu pozub. Ali Məhkəmədən istəyimiz odur ki, məhkəməyə müraciət etmək hüququmuzun pozulması tanınsın”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber