Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Dinlənmə skandalı İspaniyaya çatdı

İspaniyanın baş naziri Rajoy, “ABŞ-ın İspaniyanı dinlədiyinə dair dəqiq məlumat yoxdur”, - desə də, mövzu ilə əlaqədar məlumat almaq üçün ABŞ-ın Madrid səfirinin nazirliyə dəvət olunacağını bəyan edib.
Daha öncə xəbər verdiyimiz kimi, Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (MTA) bir çox ölkə liderlərinin telefon danışıqlarını dinlədiyi iddiaları İspaniyaya da sıçradı.
Brüsseldə səfərdə olan İspaniya Baş naziri Mariano Rajoy mövzuyla əlaqədar verdiyi açıqlamada, “Hökumət olaraq ABŞ-ın ispan siyasətçilərini dinlədiyinə dair əlimizdə bir fakt yoxdur”, - deyib. Rajoy həmçinin hər ehtimala qarşı ABŞ səfirinin nazirliyə dəvət olunacağını da bəyan edib.
“Dostluq və ittifaq cəsusluqla uyğun gəlmir”
“Dostluq və ittifaq cəsusluqla uyğun gəlmir”, - deyən İspaniya baş naziri ABŞ ilə əlaqədar iddialar doğru çıxacağı təqdirdə ən doğru qərar verəcəyini açıqlayıb.
1706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi